Bizim futbol

Nizami Hacıyevin hədəfi

“Keşlə”nin kapitanı Nizami Hacıyevin qışda “Neftçi”yə keçəcəyi deyilirdi. 

Dsport.az saytına daxil olan məlumata görə, Hacıyevə maraq göstərən tək “Neftçi” deyil. Belə ki, “Sumqayıt” da onunla yaxından maraqlanır.

Bundan əlavə, Hacıyevin keçmiş komanda yoldaşı Rauf Əliyev kimi Albaniyaya yollanmaq imkanı da var. Amma Nizaminin hədəfi legioner həyatı yaşamaq yox, ən sərfəli təklifi irəli sürəcək komandada oynamaqdı.