Bizim futbol

Stiv Olfers: “Qəbələ” bu mövsüm çempionluğa daha şanslıdı”

“Qəbələ”nin sabiq oyunçusu Stiv Olfers bu komandanın cari mövsümün sonunda çempion olacağına inanır. 

Dsport.az-a açıqlama verən hollandiyalı, bölgə klubunun “Qarabağ”la çempionluq mübarizəsindən qalib ayrılacağını düşünür: “Qarabağ”ın gücü hamıya məlumdu. Onlar hətta Çempionlar Liqasına kimi irəliləyiblər. Amma düşünürəm ki, “Qəbələ” neçə illərdi apardığı çempionluq mübarizəsindən bu dəfə qalib ayrıla biləcək. Düzdü, bu, çox çətindi. Ancaq “Qəbələ” çox şanslıdı. Turnir cədvəlində də yaxşı imkana sahibdi. Məncə, “Qəbələ” sona qədər daha yaxşı oynayacaq və çempionluq mübarizəsindən qalib ayrıla biləcək”.