Bizim futbol

Elvin Yunuszadə: “Bizim çempionatda kifayət qədər intriqa var”

“Qarabağ”ın müdafiəçisi Elvin Yunuszadə Topaz Premyer Liqasının 9-cu turunda “Qəbələ”yə 0:1 hesablı məğlubiyyəti şərh edib.

Dsport.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bunları söyləyib: “Bizə hər zaman Qəbələdə çətin olub. Bu dəfə də belə olacağını bilirdik. Əsasən ilk 15-20 dəqiqədə əziyyət çəkdik. Qol buraxdıqdan sonra isə daha çətin olur. Düzdü, oyunboyu üstünlük bizdə oldu. Amma əlimizə düşən imkanlardan yararlana bilmədik. Futbolda belə şeylər olur. Qarşıdakı oyunlara hazırlaşmaq lazımdı. Qurban müəllim heç vaxt qoymur ki, bu cür oyunlardan sonra komandada ruh düşkünlüyü yaransın. Bizə dəstək olur. Motivasiya baxımından əziyyət çəkməyimizə imkan vermir”. 

“Özümə gəlincə, nə vaxt şans verərlər, çıxıb oynayaram. Bədavi zədəlidi. Amma həm dost, həm də komanda yoldaşı kimi ona bunu arzulamazdım. Şans versələr, əlimdən gələni edəcəm. “Atletiko” ilə oyuna qədər çatışmayan nə varsa, çalışacam, düzəldim”.

Sonda isə təcrübəli müdafiəçi çempionatda intriqanın davam etdiyini söyləyib: “Fikrimcə, çempionatda maraq itməyib ki, qayıtsın. Heç bir komandaya rahat qalib gəlmək olmur. Əziyyət çəkməsən, xarakter göstərməsən, mümkün deyil. Güclü-zəif rəqib yoxdu. Çempionatda kifayət qədər intriqa var”.