Bizim futbol

“Neftçi” “Sumqayıt”la oyunun hazırlığına sabah start verəcək

"Kəpəz” üzərində Gəncə qələbəsindən sonra dünən bərpa məşqi keçən "Neftçi” istirahətə buraxılıb. 

Dsport.az xəbər verir ki, komanda Topaz Premyer Liqasının 10-cu turunda qarşılaşacağı "Sumqayıt”la oyunun hazırlığına sabah start verəcək. Məşq saat 11:00-dan etibarən İsmət Qayıbov adına təlim-məşq bazasında olacaq. 

Oktyabrın 29-da "Bakcell Arena”da keçiriləcək oyunda cəza müddəti başa çatmış futbolçu Derlis Meza Kolli də iştirak edə bilər.