Bizim futbol

Birinci Divizionda 3-cü tur heç-heçə ilə yekunlaşdı

Birinci Divizionda 3-cü tura yekun vurulub.

Dsport.az xəbər verir ki, son oyun günündə bir görüş baş tutub.

“Xəzər” MOİK-i qəbul edib. İki qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib.

Birinci Divizion
3-cü tur
21 oktyabr

“Xəzər” - MOİK 1:1
Qol: Əmrah Əliyev, 72 - Bahadur Həziyev, 32.

Turun digər oyunları: “Mil-Muğan” – “Qaradağ Lökbatan” 2:4, “Zaqatala” – “Binə” 0:3, “Şüvəlan” – “Sabah” 0:0, “Turan Tovuz” - “Ağsu” 3:2.