Bizim futbol

Qalmaqallı yazının müəllifi Azərbaycandan üzr istədi

Xəbər verdiyimiz kimi, Türkiyənin “Sabah” qəzetinin köşə yazarı Mevlut Tezel “Qarabağ”-“Atletiko” oyununa həsr etdiyi “Ezik kareoqrafi” adlı köşəsində  azarkeşlərin hazırladığı plakatı təhqir edib.

Dsport.az xəbər verir ki, o, tərəfdarların A4 kağızına “Qarabağ” yazmalarını futbol tarixində ən əzik, ən kasıb, ən gülməli görüntü adlandırıb. Yazarın məsələyə bu cür yanaşması Azərbaycanda tənqidlərə səbəb olub. Yazıyla bağlı sosial şəbəkədə ciddi müzakirələr aparılıb. Bundan sonra Tezelin yazısı qəzetin saytından silinib. 

Qalmaqallı yazının müəllifi M.Tezel sosial şəbəkədə Azərbaycan xalqından üzr istəyib:

“Diqqətli oxusanız, yazımın bu xoreoqrafiya haqqında əyləncəli bir şərh olduğunun şahidi olarsınız. Azərbaycan və Qarabağ xalqını incitdimsə, üzr istəyirəm”.