Bizim futbol

Donald Gerrye: “Atletiko”ya qarşı qızım üçün oynadım”

Haiti milllisinin və "Qarabağ"ın futbolçusu Donald Gerrye "Le Nouvelliste”yə müsahibə verib. 

Dsport.az həmin müsahibəni təqdim edir.

- Oktyabrın 14-ü qızınızın vəfatından sonra özünüzə bu qədər tez gəlməyinizi gözləmirdik. Çempionlar Liqasında Dieqo Simeonenin "Atletiko”suna qarşı oynamağınıza Haitidə çox sevindilər. Bu matçda oynamağa özünüzdə necə güc tapdınız?
- Miah Manettenin vəfatı məni bu matçda oynamağa məcbur etdi. Çünki meydana çıxmağımı istəyərdi. Bunu fikirləşib, özümdə güc tapdım. Miah üçün oynadım.

- Komandanız ÇL-in qrup mərhələsi tarixində ilk xalını qazandı. Bundan əvvəl ÇL-in qrupuna düşdüyünüz üçün Azərbaycanda hamının sevindiyini demişdiniz. Bəs, qolsuz heç-heçəyə necə münasibət göstərdilər?
- Hər kəs bu nəticədən razı qaldı. Bu, futbolun nəticəsinin proqnozlarla deyil, meydanda müəyyənləşməsinin sübutudu. Bütün dünya "Barselona” ilə heç-heçə edən "Atletiko”nun bizə qalib gələcəyini düşünürdü. Lakin nəticə hər şeyi göstərdi.

- "Qarabağ” "Çelsi" ilə matçla müqayisədə, "Atletiko” ilə görüşdə taktiki irəliləyiş etdi. Bu qədər tez öyrənmək üçün nə etdiniz?
- Komandamız çətin matçlarda oynamağa adət etmiş peşəkar futbolçulardan təşkil olunub. Tez adaptasiya olmağımız normaldı.

- Qızınızın vəfatından sonra "Atletiko”ya qarşı oynamaq üçün kim sizi motivasiya etdi?
- Miah doğulan zaman virusa yoluxmuşdu. Bu, anasının yaxın qohumu xəstəxanaya gələn zaman onu öpdüyü üçün baş vermişdi. Həmin qadının ağzının küncündə yara vardı, oradan keçib. Virus beyinə keçdiyi üçün yeni doğulmuş uşaqlar üçün təhlükəlidi. Virus tez yox olmasa, gələcəkdə uşağın ayaqlarının iflic olmasına gətirib çıxardır. Xoşbəxtlikdən iflic olmağın qarşısını almaq üçün virusa yoluxduğunu tez öyrənmişdik. Lakin bu, digər fəsadların qarşısını almaq üçün kifayət deyil. Virus məhv edilsə də, həkimlər bizi Miahda epileptik tutmanın olacağı barədə xəbərdar etmişdilər. Bu hal baş verən zaman ona təcili kömək etmək lazım idi. Tədricən bu cür tutmalar azalmışdı və Miah yaxşı idi. Lakin ötən cümə axşam vaxtı yataqda uzandığı vaxt tutma baş verdi və ona qalib gəldi.

- Anası bu faciəyə necə reaksiya verdi?
- O, çarəsizdi.

- "Atletiko” ilə oyunda psixoloji baxımdan problem yaşamamaq üçün komanda ilə nə etdiniz?
- Diqqət yetirsəydiniz, meydana qolumda Haiti bayrağı ilə çıxğımı görərdiniz. Biz haitilər problemlərə və çətinliklərə öz mədəniyyətimizdən irəli gələn formada reaksiya veririk. Buna görə də problemlər qarşısında yaşamağa davam etməliyik. Mənim üçün işim Miahı sevməyə davam etmək üçün yeganə vasitədi. (qol.az)