Bizim futbol

Ozobiç “Qarabağ”a qarşı oynamayacaq

“Qəbələ”nin yarımmüdafiəçisi Filip Ozobiç sabah Premyer Liqanın 9-cu turu çərçivəsində “Qarabağ”a qarşı oyunda iştirak etməyəcək. 

Dsport.az xəbər verir ki, xorvatiyalı oyunçu hələ tam hazır deyil. Zədəsini ölkəsində sağaldan xorvatiyalı futbolçu artıq komandanın düşərgəsində olsa da, hələ oynaya biləcək durumda deyil. Onun üç həftə sonra yaşıl meydanlara dönməsi gözlənilir. Bu isə o deməkdi ki, Ozobiç yalnız gələn ay “Neftçi” ilə səfər görüşündə meydana çıxmağa hazır olacaq.