Bizim futbol

“Zirə”yə qalib gəlməyə gücümüz çatar”

Bu gün Premyer Liqanın 9-cu turu çərçivəsində “Sumqayıt” “Zirə” ilə qarşılaşacaq. 

Dsport.az-a açıqlama verən “Sumqayıt”ın kapitani Vurğun Hüseynov görüş öncəsi fikirlərini bölüşüb: 

“Bizi çox çətin oyun gözləyir. “Zirə” güclü komandadı. Ancaq evdə oynayırıq, qalib gəlməliyik. Çünki başqa yolumuz yoxdu. Turnir cədvəlində bizdən aşağıda olan komandaların nəfəsini hiss edirik. Qələbə qazanaraq vəziyyətimizi düzəldə bilərik. “Zirə”nin cari mövsüm məğlub olmadığını yaxşı bilirik. Biz bu gün onları məğlub edərək gücümüzü ortaya qoya bilərik. Buna gücümüz də çatar. “Qəbələ” ilə oyunda yaxşı oynasaq da, xal qazana bilmədik. İnşallah, bu gün həm yaxşı oynayarıq, həm də xal qazanarıq”.