Bizim futbol

“Sabah” “Qarabağ” haqda qalmaqallı yazını sildi

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilmiş “Qarabağ” – “Atletiko” oyununda azarkeşlərin hazırladığı plakatın Türkiyənin “Sabah” qəzetində lağa qoyulduğunu xəbər vermişdik.

Dsport.az xəbər verir ki, bu qəzetin köşə yazarı Mevlüt Tezel bunu “Ezik kareoqrafi” başlığı ilə təqdim etmişdi. Lakin bu yazı ölkəmizdə geniş rezonansa səbəb oldu və həm sözügedən nəşr, həm də yazar kəskin tənqidlərə məruz qaldı.

Vəziyyətin ciddiliyini nəzərə alan sabah.com.tr saytının rəhbərliyi Çoxsaylı müraciətlərdən sonra ötən gecə bu yazını səhifədən silməyə qərar verib.