Bizim futbol

“Atletiko” Bakıda zədə alan futbolçusunun xidmətindən məhrum oldu

İspaniyanın “Atletiko” klubu aparıcı futbolçularından birinin xidmətindən məhrum olub. 

Dsport.az xəbər verir ki, söhbət Madrid təmsilçisinin yarımmüdafiəçisi Yannik Karrasko sıradan çıxıb. Klubun rəsmi saytının yaydığı məlumata görə, belçikalı futbolçu UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakıda keçirilmiş “Qarabağ”la səfər oyununda zədə alıb. Dizində ağrılar hiss edən yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra bəlli olub ki, Karrasko bir müddət məcburi istiharət etməlidi. 

Bu üzdən də Yannik sabah keçiriləcək “Selta” ilə La Liqa matçında meydana çıxmayacaq.