Bizim futbol

“Qəbələ”yə uduzsaq da, ən yaxşı oyunumuzu sərgilədik”

“Sumqayıt”ın kapitanı Vurğun Hüseynov “Qəbələ” ilə matçdakı məğlubiyyət haqda danışıb. 

Dsport.az-a açıqlama verən kapitan xal qazana bilməmələrini belə şərh edib:

“Ən yaxşı oyunumuzu sərgilədik. Ancaq məğlub olduq. Sadəcə, şans “Qəbələ” tərəfdə oldu. Rəqibin 10 nəfərlə müdafiə olunması hesabı bərabərləşdirməyə imkan vermədi. Yaxşı oynasaq da, son nöqtəni qoya bilmədik. Düşünürəm ki, belə oynasaq, qarşıdakı matçlarda yaxşı nəticələr qazana bilərik.

“Zirə” güclü komandadı. Məğlub olmamaqları onların gücündən xəbər verir. Qələbə qazanmaq istəyirik, geriyə yol yoxdu”.