Bizim futbol

Birinci Divizionda xal itirməyən komanda qalmadı

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 3-cü tura yekun vurulub.

Dsport.az xəbər verir ki, son oyun günündə dörd görüş baş tutub.

MOİK “Şüvəlan”la ev oyununda minimal hesabla üstün olub. “Ağsu” - “Xəzər” və “Turan Tovuz” - “Mil-Muğan” matçlarında (1:1) oxşar hesab qeydə alınıb.

“Binə” - “Qaradağ Lökbatan” matçında isə ümumiyyətlə hesab açılmayıb. Beləcə, yeganə xal itirməyən “Qaradağ Lökbatan” da büdrəyib.

Birinci Divizion
3-cü tur
16 oktyabr

“Ağsu” - “Xəzər” 1:1
Qol: Qalib Əmrahov, 44 - Etibar Süleymanov, 40.

“Binə” - “Qaradağ Lökbatan” 0:0

MOİK - “Şüvəlan” 1:0
Qol: Bahadur Həziyev, 65.

“Turan Tovuz” - “Mil-Muğan” 1:1
Qol: Elnur Səmədov, 4 - Bayram Əliyev, 14.

Qeyd edək ki, turun ilk oyunu dünən keçirilib. Həmin görüşdə “Sabah” “Zaqatala” üzərində 5:0 hesablı qələbə qazanıb.


1 Qaradağ Lökbatan 3 2 1 0 3-1 7
2 Sabah 3 2 0 1 7-2 6
3 MOİK 3 2 0 1 4-2 6
4 Xəzər 3 1 1 1 5-2 4
5 Binə 3 1 1 1 2-1 4
6 Mil-Muğan 3 1 1 1 2-3 4
7 Ağsu 3 1 1 1 2-4 4
8 Turan Tovuz 3 1 1 1 2-5 4
9 Şüvəlan 3 1 0 2 3-2 3
10 Zaqatala 3 0 0 3 1-9 0

Şahin Baleljae ("Xəzər") - 3 qol