Bizim futbol

Milli komandaların baş həkimi mühazirə oxuyub - FOTOLAR

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdindəki “Bakı Ürək Mərkəzi”ndə “Fizioterapiyada müasir texnologiyalar” mövzusunda elmi-praktiki seminar keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasının, Azərbaycan Güləş Federasiyasının, Azərbaycan Ağır Atletika Federasiyasının, Azərbaycan Voleybol Federasiyasının, AFFA-nın, futbol klublarının, müxtəlif klinikaların həkim və fizioterapevtlərinin iştirakı ilə keçirilmiş seminarda Azərbaycan milli komandalarının baş həkimi Vyaçeslav Xomenko “İdman həkiminin təcrübəsində innovativ fizioterapiya üsullarının istifadəsi” mövzusunda mühazirə oxuyub.