Bizim futbol

Skarlatake “İnter”i “Zirə”yə dəyişəcək?

“İnter”in müdafiəçisi Adrian Skarlatake qışda komandadan ayrılacaq.

Dsport.az-a etibarlı mənbədən daxil olan məlumata görə, rumıniyalı müdafiəçinin xidmətində “Zirə” maraqlıdı. Onun bu komandaya keçməsi gözlənilir.

Qışda yeni transfer edəcəyi deyilən “İnter”in isə bu keçidə görə qarşı tərəfdən nə qədər məbləğ tələb edəcəyi hələ bilinmir.