Bizim futbol

“Qarabağ” - “Atletiko” matçının hakimləri açıqlandı

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la İspaniyanın “Atletiko” komandası arasında keçiriləcək oyunu idarə edəcək hakimlərin adları açıqlanıb.

Dsport.az xəbər verir ki, UEFA bu qarşılaşmanın fransalı hakimlər briqadasına həvalə edib. Baş hakim Ruddi Buke təyin olunub. Ona yan xətt hakimləri Giyom Debart və Frederik Kano kömək edəcəklər. Əlavə köməkçi hakimlər Amori Deleru və Fransua Leteksyö olacaq. Dördüncü hakim funksiyasını isə Bertran Juanno yerinə yetirəcək.

Qeyd edək ki, "Qarabağ" - "Atletiko" matçı oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Matç saat 20:00-da start götürəcək.