Bizim futbol

“Zirə”dən rekord

“Zirə” startdakı məğlubiyyətsiz oyunlar seriyasını 8-ə çatdırıb. 

Dsport.az xəbər verir ki, qəsəbə klubu Topaz Premyer Liqasının 8-ci turunun ev oyununda “Kəpəz”i 3 cavabsız qolla məğlub edib. Bu, zirəlilərin tarixində ən uğurlu startdı. 5 qələbə qazanıb, 3 heç-heçə edən Ayxan Abbasovun yetirmələri 2015/16 mövsümündəki rekordunu yeniləyib. Həmin vaxt Premyer Liqanın debütantı ardıcıl 7 oyunda uduzmamışdı. Bakılılar 8-ci turu yenilgisiz keçməklə 2 il əvvəlki nəticəni arxada qoyub.