Bizim futbol

Milinko Pantiç yenidən Bakıda- FOTO

“Bakı”nın sabiq baş məşqçisi Milinko Pantiç Azərbaycana səfərə gəlib.

Dsport.az xəbər verir ki, o, paytaxt klubu rəhbərliyinin dəvəti ilə Bakıya təşrif buyurub. Onu Heydər Əliyev adına hava limanında "zolaqlılar"ın vitse-prezidenti Yaşar Seyidov qarşılayıb.

Pantiçin səfərində məqsəd həm də UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 18-də Azərbaycan çempionu “Qarabağ”la İspaniyanın “Atletiko” klubu arasında baş tutacaq oyunu izləməkdi. 

Qeyd edək ki, Pantiç futbolçu karyerası dövründə, 1995-1998-ci illər aralığında Madrid təmsilçisinin formasını geyinib. 2011/12 mövsümündə “Atletiko”nun B komandasının baş məşqçisi olmuş 51 yaşlı serb mütəxəssis “Bakı”nı 2013/14 mövsümündə çalışdırıb. 2016-cı ildən isə o, Çinin “Dalian Yifang” klubunun “sükanı arxasında” çalışır.

22537892_1735174313221595_4772768_n.jpg