Bizim futbol

90 dəqiqə və 1 xal

Futbol üzrə Türkiyə TFF 1-ci liqasında 8-ci turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Samsunspor” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Rizəspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Ufuk da bu görüşün iştirakçısı olub. O, start heyətdə başladığı matçın sonunadək meydanda olub.

“Samsunspor” 7 turdan sonra 9 xalla 18 klub arasında 12-ci pillədə qərarlaşıb.