Bizim futbol

“Azərbaycan millisindən təklif almamışam”

Adı Azərbaycan millisi ilə birgə hallanan türkiyəli məşqçi Əngin Fırat yayılan xəbərlərə münasibət bildirib.

Dsport.az xəbər verir ki, hazırda ABŞ-ın “Dallas” klubunu çalışdıran türkiyəli mütəxəssis yerli mətbuata açıqlamasında millimizdən təklif almadığını deyib:

“Dallas”dan ayrılacam. Yeni komanda tapmaq istəyirəm. Bəzi klublardan təklif almışam. Milli komandada da çalışa bilərəm. Moldova və Kosovodan rəsmi təklif almışam, ancaq Azərbaycandan təklif yoxdu. Çində də çalışa bilərəm”.