Bizim futbol

AZFAR “Biznes Liqa”sında daha iki iştirakçı

"Gilan Holding"in futzal üzrə yığma komandası Azərbaycan şirkətləri arasında keçiriləcək AZFAR "Biznes liqa" çempionatına qatılacaq.

Ölkədə idmanın inkişafına da töhfə verməyə çalışan "Gilan Holding", bu cür turnirlərin keçirilməsini sağlam həyat tərzinin təbliği baxımından əhəmiyyətli hesab edir və onlara dəstək verir. Çempionat həmçinin şirkətlərarası əlaqələrin genişləndirilməsində də kömək edəcək.

"Gilan Holding" liqada maraqlı oyunlar və gərgin mübarizə gözləyir. Holdinqin əməkdaşlarından ibarət komanda ABL Cup 2017/18-də uğurlu nəticə əldə etməyə ümid edir.



“Gilan Holding”lə yanaşı, “Narimanfilm” də sözügedən birincilikdə çıxış etməyə qərar verib. Bu şirkət 1994-cü ildən fəaliyyət göstərir. Kampaniyanın heyətində təcrübəli ssenaristlər, rejissorlar, prodüserlər, texnik və dizaynerlər yer alır. “Narimanfilm”in futbol komandası 6 aya yaxındır məşq edir, hazırda isə turnirdə qüvvələrini sınamaq qərarına gəliblər.

Qeyd edək ki, Dsport.az saytı da AZFAR “Bisnes Liqa”sının informasiya tərəfdaşıdı.