Bizim futbol

“Araz”a son oyunda hansı nəticələr sərf edir?

UEFA kubokunun əsas mərhələsində mübarizə aparan “Araz” artıq 2 oyun keçirib. 

Dsport.az xəbər verir ki, hər iki matçda qalib gələn Azərbaycan çempionu hazırda qrupun vahid lideridi. 

Belə ki, dünən keçirilən 2-ci turun oyununda ilk qarşılaşmada “St Andreus”u məğlub edən “Deva” “Mostar”a uduzub. Hazırkı vəziyyətdə təmsilçimizin elit-raundun 1 addımlığında olduğu realdı. Bəs hansı halda “Araz” şansını itirə bilər?

“Deva” ilə qarşılaşmada heç-heçə də komandamıza mübarizəni davam etdirmək üçün kifayət edəcək. Yalnız rumınlara böyükhesablı yenilgi vəziyyəti dəyişə bilər. Meydan sahibləri ilə oyunda “Araz”a 2 top fərqi ilə uduzmaq da sərf edə bilər. Çünki “Mostar” qələbə qazanacağı təqdirdə hər 3 komandanın 6 xalı olacaq. Şəxsi oyunlara gəldikdə, “Araz” bosniyalıları 3 top fərqi ilə yenib, “Deva” isə onlara 1 top fərqi ilə uduzub. Belədə çempionumuza 2 top fərqi ilə uduzmaq da sərf edəcək nəticədi. Amma “Mostar” qələbə qazana bilməsə, “Araz” istənilən halda uduzmamalıdı. Axı, iki komandanın xalı eyni olduqda, şəxsi görüşlərə üstünlük verilir ki, “Deva” qələbə qazansa turnir cədvəlində “Araz”ı qabaqlayacaq. 

Onu da qeyd edək ki, bu qrupdan elit-raunda cəmi bir komanda vəsiqə qazanacaq. “Araz” “Deva” ilə oktyabrın 14-də, Bakı vaxtı ilə saat 20:00-da qarşılaşacaq.