Bizim futbol

Millimizdə türkiyəli məşqçi?

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin adının Sloveniya, Bosniya və Hersoqovina yığmaları ilə hallandığı bir zamanda daha bir maraqlı iddia irəli sürülüb.

Dsport.az xəbər verir ki, türkiyəli mütəxəssis Əngin Fırat yığmamızı çalışdıra bilər. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Son olaraq ABŞ-ın “Dallas Siti” klubunda işləmiş 47 yaşlı mütəxəssisin adı Azərbaycanla yanaşı, Moldova və Kosovo yığmaları ilə də yanaşı çəkilir. Türklər onun Moldovada çalışmaq ehtimalının daha çox olduğunu da qeyd ediblər.

Qeyd edək ki, Prosineçki yığmamızın baş məşqçi postundan ayrılması gözlənilir. O, bir neçə gün əvvəl Xorvatiya mətbuatına açıqlamasında da bunu etiraf edib.