Bizim futbol

“Qarabağ” “İnter”ə qalib gəldi

Bu gün Topaz Premyer Liqasında ikinci dövrəyə start verilib. 

Dsport.az xəbər verir ki, 8-ci turun ilk oyun günündə cəmi bir görüş baş tutub. Son illərin dəyişməz çempionu, cari mövsümün lideri “Qarabağ” səfərdə “İnter”in qonağı olub. Qarşılaşmada uzun müddət qapılara qol vurulmasa da, Ağdam təmsilçisi son dəqiqələrdə meydan sahiblərini iki dəfə cəzalandıra bilib. Nəticədə, "Qarabağ" ikinci dövrəyə də qələbə ilə başlayıb.

Qeyd edək ki, turun digər oyunları şənbə və bazar günləri keçiriləcək. 

Topaz Premyer Liqası
8-ci tur

13 oktyabr (cümə)

“İnter” - “Qarabağ” 0:2
Qol: D.Ndlovu, 85; 90+2.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ömər Paşayev.
Bakı. “İnter Arena”.

“İnter”: 1. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 3. Denis Silva (k), 7. Mirsahib Abbasov, 9. Pərdis Fərcad-Azad, 10. Elnur Abdullayev, 19. Mirhüseyn Seyidov, 22. İlkin Qırtımov, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 88. Məmməd Quliyev.
Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 4. Slavik Alxasov, 66. Murad Qayalı, 77. Oleq Hüseynov, 99. Ricat Qarayev.
Baş məşqçi: Zaur Svanadze.
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev (k), 7. Rahid Əmirquliyev, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 18. Tarik Elyunussi, 21. Arif Daşdəmirov, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 88. Elşən Abdullayev.
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 12. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 24. Nihad Tamazov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 77. Donald Gerrye, 90. Ramil Şeydayev, 99. Dani Kintana.
Baş məşqçi: Qurban Qurbanov.

Turun digər oyunları: 14 oktyabr (16:00. “Zirə” - “Kəpəz”, 18:00. “Sumqayıt” - “Qəbələ”). 15 oktyabr (18:30. “Səbail” - “Neftçi”).