Bizim futbol

Millimiz Ukraynadan da 6 qol buraxdı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində ikinci oyununu keçirib.

Dsport.az xəbər verir ki, Mirbağır İsayevin çalışdırdığı komandamız Bolqarıstanın Qorna Oreçovitsa şəhərindəki "Lokomotiv" stadionunda Ukrayna yığması ilə qarşılaşıb. Futbolçularımız yenə meydanı biabırçı məğlubiyyətlə tərk ediblər.

Xatırladaq ki, millimiz qrupdakı ilk matçında İrlandiyaya 0:6 hesabıyla uduzub. Ukrayna isə Bolqarıstanı 3:0 hesabıyla yenib.

AÇ-nin seçmə mərhələsi
11-ci qrup
13 oktyabr

Azərbaycan – Ukrayna 1:6
Qol: İsmayıl Zülfüqarlı, 17 - Mixaylo Mudrik, 3. Roman Yakuba, 15, Danilo Sikan, 35, Alan Aussi, 62. Stanislav Biblik, 78. Artyom Şulianski, 80+1.  
Baş hakim: Halil Umut Meler (Türkiyə).
Baş hakimin köməkçiləri: İbrahim Çağlar Uyarcan (Türkiyə), Miroslav Maksimov (Bolqarıstan).
Dördüncü hakim: Georgi Davidov (Bolqarıstan).

Azərbaycan: 1. Ayxan Arazlı, 2. Cavidan Rəhimli (3. Murad Məmmədov, 21), 4. Sərcan Omarov (9. Musa Qurbanlı, 64), 5. Elnur İbrahimov (11. Nicat Məmmədov, 33), 6. Mahir Həsənov, 7. Samir Qurbanov, 10. Turan Vəlizadə (k), 13. Məhəmməd Məhərrəmov, 17. Vüsal Əsgərov, 19. Zamiq Vəliyev, 20. İsmayıl Zülfüqarlı.
Ehtiyat oyunçular: 12. Elməddin Sultanov, 8. Səbuhi Abdullazadə, 14. Xəyal Muradov, 15. Veysəl Rzayev, 16. Rüfət Abdullazadə, 21. Ceyhun Nuriyev.
Baş məşqçi: Mirbağır İsayev.
Ukrayna: 1. Anatoli Trubin (k), 3. Alan Aussi, 4. Sergey Snisar, 7. Yaroslav Nadolski (8. Stanislav Biblik, 48), 9. Vikenti Voloşin (17. Daniil Xondak, 54), 10. Mixaylo Mudrik, 11. Artyom Şulianski, 13. Roman Yakuba, 14. Danilo Sikan (22. İvan Deroqan, 41), 15. Roman Bodnia, 21. Mikola Yaroş. 
Ehtiyat oyunçular: 12. Ruslan Neşçeret, 5. Kristian Bilovar, 6. Artyom Danyliuk, 16. Vadim Melniçuk, 18. İvan Jelizko, 20. Denis Pudriçni.
Baş məşqçi: Oleq Kuznetsov.

Ukrayna – 6, İrlandiya – 3, Bolqarıstan – 0, Azərbaycan – 0.