Bizim futbol

Rauf Əliyev qol vurdu, “Kukesi” qalib gəldi

Futbol üzrə Albaniya çempionatında 5-ci turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, azərbaycanlı hücumçu Rauf Əliyevin formasını geyindiyi “Kukesi” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Luşnya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.

Millimizin üzvü də bu görüşün iştirakçısı olub. Rauf start heyətdə meydana çıxıb. Komandasının ikinci qolunu da Əliyev vurub. O, 60-cı dəqiqədə matçın yekun nəticəsini müəyyənləşdirib.

“Kukesi” hazırda 10 xalla 10 komanda arasında 2-ci pillədə qərarlaşıb.