Bizim futbol

Vobay: “Onun bir sözünə “Neftçi”yə gələrəm”

“Neftçi”nin Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığı vaxtda komandanın əsas oyunçularından biri də Culius Vobay idi. 

Son olaraq Sloveniyada “Olimpiya” klubunda oynamış syerra-leoneli futbolçu hazırda klubsuzdu. Dsport.az-a açıqlama verən Vobay yenidən “Neftçi”də, Tərlan Əhmədovla işləmək istədiyini bildirib: 

“Olimpiya”dan ayrıldıqdan sonra hələ də klubsuzam. Heç bir komanda ilə anlaşmamışam. Təkliflər var, ancaq ürəyimcə deyil. Azərbaycana, özü də “Neftçi”yə qayıtmaq istəyərdim. Amma bu klubdan təklif yoxdu. Tərlan Əhmədovu yaxşı xatırlayıram. Onunla birlikdə elə “Neftçi”də işləmişəm. İndi bu klubun baş məşqçisi olması məni sevindirdi. Düzünü desəm, Tərlan Əhmədov məni geri çağırsa, onun bir sözünə gələrəm “Neftçi”yə. “Neftçi”ni necə sevdiyimi hamı bilir və bu klub üçün əlimdən gələni edərəm”.