Bizim futbol

Robert Prosineçkiyə daha bir ölkə “elçi” düşüb

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Bosniya və Herseqovina millisini çalışdıra bilər. 

Dsport.az xəbər verir ki, bu barədə Xorvatiya mətbuatı məlumat yayıb. Bir neçə gün öncə adı Sloveniya yığması ilə birgə hallanan 48 yaşlı mütəxəssis açıqlamasında belə bir təklif almadığını bildirmişdi. 

İndi isə Prosineçkinin Bosniya və Herseqovinada çalışacağı iddia edilir. Bu komandanın indiki çalışdırıcı Mehmed Bajdareviçin fəaliyyəti federasiya rəhbərliyini razı salmır. Buna görə də, onunla yeni müqavilə imzalanmayacaq. Onu əvəzləməyə əsas namizədlərdən biri də Prosineçkidi.