Bizim futbol

Vüqar Nadirov: “Neftçi” ilə oyunda yenə qələbə qazanmaq istəyirik”

Premyer Liqanın 8-ci turunda “Neftçi”nin qonağı olacaq “Səbail” ilk dövrədəki qələbənin təsadüf olmadığını sübut etməyə çalışacaq. 

Dsport.az saytına açıqlama verən “Səbail”in aparıcı futbolçusu Vüqar Nadirov “Neftçi” ilə matça qələbə üçün çıxacaqlarını bildirib:

“Səbail” fasilədən yaxşı yararlandı. Növbəti turdakı rəqibimiz “Neftçi”di. Bu komanda son vaxtlar yaxşı təsir bağışlayır. Həm oyunları, həm də nəticəsinə görə bunu demək olar. Amma buna baxmayaraq, biz bu görüşdə qələbə qazanmaq istəyirik. Düzdü, “Neftçi”yə qarşı çətin olacaq. Ancaq mümkünsüz heç nə yoxdu. Qalib gəlmək olar. İlk dövrədə rəqibimizi məğlub edə bilmişdik. Nə qədər çətin olsa da, bu dəfə də qələbə üçün oynayacağıq. Necə olacağını, necə alınacağını isə oyun göstərəcək. İnşallah, meydandan yaxşı nəticə ilə ayrılarıq”.