Bizim futbol

Skarlatake: “Qarabağ”la oyunda yalnız 3 xal qazanmaq haqda düşünürük”

“İnter”in müdafiəçisi Adrian Skarlatake dsport.az saytına müsahibə verib:

- Komandanızı “Qarabağ”la oyuna hazır saymaq olar?
- Milli komandaların oyunlarına görə yaranan fasilədən yaxşı istifadə etdiyimizi düşünürəm. “Qarabağ”la oyuna yaxşı hazırlaşmışıq. Komandamızı tam hazır saymaq olar.

- Oyuna motivasiyanız necədi?
- Rəqibin adı onsuz da bizi oyuna yaxşı motivasiya edir. “Qarabağ”a qarşı oynamaq asan olmayacaq. Amma biz əlimizdən gələni edəcəyik.

- Bu matçda sizi üç xal qane edəcək, yoxsa bir xala da razısınız?
- Düzünü desəm, evdə oynayırıq deyə, həm də xallara ehtiyacımız olduğunuzdan, yalnız üç xalı düşünürük. Amma rəqib çox güclüdü. İstənilən halda evdə uduzmaq istəmirik. Qələbə olsa, daha yaxşı olacaq.

- “Qarabağ”ı sizinlə oyundan bir neçə gün sonra “Atletiko” ilə ÇL oyunu gözləyir. Düşünmürsən ki, buna görə “Qarabağ” məhz həmin görüşü düşünəcək?
- “Qarabağ” hər oyuna eyni yanaşır. Qarşıda bizimlə oyunlarıdısa, bizimlə görüşü fikirləşirlər. Məncə, onlar da bizimlə görüşdə qalib gəlmək istəyəcək. “Atletiko” ilə matçda isə onlara uğurlar arzu edirəm.

- Hazırkı heyətlə oynamaq sizin üçün çox çətindi?
- Çətindi. Ancaq oynayırıq, görək necə olacaq. Qışa kimi bu heyətlə oynamalıyıq. Ümidvaram ki, hər şey yaxşı olacaq.