Bizim futbol

Rəşad Sadıqov düşdüyü qəzadan danışdı

Futbol üzrə Azərbaycan yığmasındakı karyerasını başa vuran “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun ötən gün avtomobil qəzasına düşdüyünü xəbər vermişdik.

Təcrübəli futbolçu baş verən hadisə ilə bağlı dsport.az saytına açıqlama verib:

“Əslində, hadisənin necə baş verdiyini özüm də bilmədim. Yüksək sürət də yox idi. Sadəcə, bir anlıq idarəetməni itirdim və avtomobil yoldan çıxdı. Şükür Allaha ki, salamatlıqdı. Heç bir xəsarət almamışam. Sağlamlığımla bağlı problem yoxdu. Komandamın məşqlərində iştirak edirəm. Sabah “İnter”lə oyunda iştirak etməyimə gəlincə, buna baş məşqçi Qurban Qurbanov qərar verəcək. Meydana çıxmağımı lazım bilsə, oynamağa hazıram”.