Bizim futbol

“Məqsədimizi reallaşdırmaq üçün maksimum nəticə qazanmalıyıq”

Futzal üzrə UEFA kubokunda mübarizə aparan “Araz” dünən Bosniya və Herseqovina çempionu “Mostar”la qarşılaşdı.

Dsport.az xəbər verir ki, 5:2 hesabı ilə qələbə qazanan təmsilçimizin qapıçısı Rövşən Hüseynli matçla bağlı fikrini Azərbaycan Futzal Federasiyasının “Facebook” səhifəsinə bildirib: 

“Oyuna gözlədiyimizdən də yaxşı başladıq. Artıq 25-ci saniyədə qol vurduq. Erkən qol vurmağımız və hesabı xeyrimizə dəyişməyimiz əlavə üstünlük oldu. Belə olan təqdirdə rəqib bizim üstümüzə atılmağa başladı. Nəticədə oyunumuzu diqtə etmək üçün şərait yarandı. Düzdü, rəqib hesabı bərabərləşdirdi, amma dərhal növbəti qolu vurduq. Fasiləyə qədər bunun davamını gətirdik və üstünlüyümüzü 2 topa çatdırdıq. Xüsusilə də standart vəziyyətlərdən yaxşı istifadə etdik. 

Artıq “Mostar”la oyunu unutmalıyıq. Çünki bu gün növbəti qarşılaşmamızı keçirəcəyik. Məqsədimizi reallaşdırmaq üçün maksimum nəticə qazanmalıyıq. Komanda olaraq buna hazırıq”.