Bizim futbol

“Araz” Malta çempionuna çətinliklə qalib gəldi

UEFA kubokunun əsas mərhələsində mübarizəni davam etdirən Azərbaycan çempionu “Araz” bu gün ikinci oyununu keçirib. 

Dsport.az xəbər verir ki, təmsilçimiz Malta çempionu “St Andreus”la qarşılaşıb. Görüş həm gərgin, həm də bol qollu alınıb. Təmsilçimiz uzun müddət bu oyunda hesabda geridə olsa da, son anda çətin və əzmkar qələbəyə imza atmağı bacarıb.

Qeyd edək ki, ilk oyunda “Mostar”la (Bosniya və Herseqovina) qarşılaşan çempionumuz 5:2 hesabı ilə qələbə qazanmışdı. “St Andreus” isə qrup oyunlarına ev sahibliyi edən Rumıniya “Deva”sına 2:5 hesabıyla uduzmuşdu.

UEFA Kuboku
8-ci qrup

11 oktyabr

“Araz” - “St Andreus” 6:4
Qol: Penava, 10 (0:1). Autio, 11 (0:2). M.D.Silva, 20 (1:2). M.D.Silva, 23 (2:2). Rocerinyo, 26 (2:3). M.D.Silva, 29 (3:3). Penava, 32 (3:4). K.D.Santos, 35 (4:4). M.D.Silva, 39 (5:4). Bolinya, 39 (6:4).
Hakimlər: Kirill Naishouler (Finlandiya), İbrahim El Jilali (Hollandiya), Toma. Frak (Polşa).

“Araz”: 1. Rövşən Hüseynli (q), 3. Teles Tyaqo, 6. Eduardo Borges, 8. Rizvan Fərzəliyev (k), 17. İsa Atayev, 12. Emin Kürdov (q), 5. Qabriel Bastos, 15. Karvalyo dos Santos, 10. Maykon da Silva, 7. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 18. Ramil Quliyev, 9. Oktay Rüstəmli.
Baş məşqçi: Alesio da Silva. 
“St Andreus”: 1. Kenneth Rakvaq (q), 3. Selino Alves, 9. Mark Zammit (k), 17. Zvezdan Vukoviç, 19. Emil Raduçu, 13. Clint Mifsud (q), 2. Panu Autio, 5. Frane Despotoviç, 7. Rocerenyo, 10. Qlen Bonelyo, 11. Andy Mangion, 14. Hrvoye Penava, 20. Georgi Frendo.
Baş məşqçi: Frane Despotoviç.