Bizim futbol

Prosineçki: “Çox güman ki, Azərbaycanda qalmayacağam”

“AFFA ilə gələcək münasibətlərimizə aydınlıq gətirmək üçün bir neçə gündən sonra Azərbaycana qayıdacam. Çox güman ki, Azərbaycanda qalmayacağam”.

Dsport.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına müsahibəsində deyib. O, Sloveniya yığmasını çalışdıracağı ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: 

“Almaniyadan yeni gəlmişəm. Zaqrebə çatmaq üçün 12 saat yol qət etmişəm. Sloveniya millisini çalışdıracağımla bağlı xəbərləri qəzetdən oxudum. Yəqin ki, onlar mənimlə danışıq aparmaq istəsələr, zəng vurub, Sloveniyada işləməyimi təklif edərlər. Ancaq hələlik, heç kim zəng etməyib. Bu səbəbdən əlavə nəsə demək istəmirəm”.

Qeyd edək ki, Prosineçkinin millimizlə müqaviləsi bu ilin sonu başa çatır.