Bizim futbol

Orxan Sadıqlı: “Bu, “Zirə” üçün üstünlük ola bilər, amma...”

“İnter”in qapıçısı Orxan Sadıqlı Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində “Zirə”yə qarşı keçirəcəkləri səfər matçı öncəsi fikirlərini bölüşüb.

Dsport.az saytına açıqlamasında o, bu oyunda qələbə qazanmaq istədiklərini söyləyib: 

“Oyuna tam olaraq hazırıq. Heyətdə ciddi zədəlimiz, itkimiz yoxdu. Rəqib haqda nə deyim? "Zirə" çox yaxşı komandadı və bu mövsüm daha da yaxşı çıxış edir. Onlar kompakt oyun göstərirlər. Üstəlik, evdə oynayacaqlar. Bu komandanın ev oyunlarındakı nəticələri isə daha yaxşıdı. Bizimlə oyunda da bu amil onlar üçün üstünlük ola bilər. Amma biz də asan rəqib deyilik. Əlimizdən gələni edəcəyik ki, qalib gələk".