Bizim futbol

“Kəpəz”in legionerindən şad xəbər

Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində “Qarabağ”la oyunda zədələnərək əvəzlənən “Kəpəz”in futbolçusu Viktor Oseqeylin durumu yaxşıdı. 

Dsport.az xəbər verir ki, Ağdam klubuna qarşı matçda əzələsi dartılan hücumçu məşqlərdə tam gücüylə iştirak edir. Komandanın tibbi personalından klub verilən məlumata, Viktor məşqçilər korpusunun qərarına əsasən, qarşıdakı oyunda meydana çıxa bilər.