Bizim futbol

“Hazırda yaxşı formada olan iki klubdan biri də “Sumqayıt”dı”

“Qarabağ” bu gün Premyer Liqanın 6-cı turu çərçivəsində “Sumqayıt”la qarşılaşacaq. 

Dsport.az saytına açıqlama verən Əfran İsmayılov “gənclik şəhəri” təmsilçisi ilə oyunda qalib gəlmək istədiklərini deyib:

“Hazırda ölkə çempionatında iki klub ən yaxşı formadadı. Onlardan biri “Zirə”, digəri isə “Sumqayıt”dı. Bizi çox gərgin oyun gözləyir. Özü də bir neçə gündən sonra da “Roma” ilə qarşılaşacağıq. "Sumqayıt" nə qədər formada olsa da, əlimizdən gələni edəcəyik ki, maksimum nəticə əldə edək. "Roma" ilə matçda komandamızın əhval-ruhiyyəsinin yaxşı olması üçün, "Sumqayıt"la oyunda qalib gəlməyimiz vacibdi. Özü də oyun bizim stadiondadı, qalib gəlmək üçün oynayacağıq.

“Sumqayıt”la oyunda hər hansı xal itkisini düşünmürük. Yalnız qələbə barədə düşünürük. "Roma" ilə oyunda da bizim istəyimiz uğurlu çıxış etməkdi.

Nicat Muxtarova gəlincə, ona görə üzüldüm. Heç kim onun yerində olmaq istəməz. Allah nə xeyirlidisə, onu da nəsib etsin”.