Bizim futbol

“Sumqayıt”ı “Qarabağ” önünə kim çıxaracaq?

Topaz Premyer Liqasının 6-cı turunun açılış matçında “Qarabağ”ın qonağı olacaq “Sumqayıt”ı meydana kimin çıxaracağı müəyyənləşib. 

Dsport.az xəbər verir ki, klubun mətbuat xidmətindən “Apasport”a verilən məlumata görə, baş məşqçi Samir Abasov son çempionla qarşılaşmaya özünü çatdıracaq.
 
UEFA-nın PRO kateqoriyalı məşqçi kursu çərçivəsində sentyabrın 18-dən Serbiyada olan və “Voyvodina” klubunun düşərgəsinə baş çəkən Abasov bu müddətdə komandadan ayrı qalıb. “Gənclik şəhəri” təmsilçisini görüşə onun köməkçiləri Seymur Rəhimov və Vəfadar Quliyev hazırlaşdırıblar.
 
Artıq Serbiyadan yola düşən baş məşqçi günorta saatlarında Bakıda olacaq. Klubdan aldığımız məlumata görə, komandanı meydana da məhz Abasov özü çıxaracaq.
 
Qeyd edək ki, bu gün baş tutacaq “Qarabağ” – “Sumqayıt” qarşılaşması saat 19:00-da başlayacaq.