Bizim futbol

“Qarabağ” “Sumqayıt”ı da məğlub etdi

Bu gün Topaz Premyer Liqasında 6-cı tura start verilib.

Dsport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Tura Tofiq Bəhramov adına Respublika stadionunda start verilib. Ardıcıl 7 çempionat oyununda xal itirməyən “Qarabağ” “Sumqayıt”ı qəbul edib.

Çempionlar Liqasının “Roma” ilə ev matçına yüksək əhval-ruhiyyədə çıxmaq əzmində olan ağdamlılar bir günlük liderliyə yüksələ bilərdi. Bunun üçün Qurban Qurbanovun yetirmələri qalib gəlməliydi. Qonaqlar isə həm potensial lideri büdrətmək, həm də bir pillə irəliləmək fikrindəydi. 

Görüşdə hesabı da qonaqlar açıblar. Amma fasilədən sonra tam fərqli oyun sərgiləyən "Qarabağ" darmadağına sevinib.

Topaz Premyer Liqası
6-cı tur

22 sentyabr

“Qarabağ” - “Sumqayıt” 4:1
Qol: P.Enrike, 56. R.Almeyda, 62-pen. M.Mədətov, 65; 73 - B.Həsənalızadə, 7.
Qırmızı vərəqə: Miçel, 88.
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Vüqar Bayramov, Əliyar Ağayev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.

“Qarabağ”: 1. Anton Kanibolotski, 5. Maksim Medvedev (k), 8. Markos Madera, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 18. Tarik Elyunussi, 20. Riçard Almeyda, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 7. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 30. Abbas Hüseynov, 70. Nicat Süleymanov, 88. Elşən Abdullayev, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev, 99. Dani Kintana.
Baş məşqçi: Qurban Qurbanov.
“Sumqayıt”: 23. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 5. Vüqar Bəybalayev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov, 97. Xəyal Nəcəfov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Kamal Mirzəyev, 7. Cavid Tağıyev, 11. Ehtiram Şahverdiyev, 13. Bəhlul Mustafazadə, 41. Ceyhun Rəcəbli, 90. Ramil Həsənov.
Baş məşqçi: Samir Abasov.

Turun digər oyunları: 23 sentyabr (17:30. “Səbail” – “Kəpəz”, 20:00. “Zirə” – “İnter”). 24 sentyabr (“Qəbələ” – “Neftçi”).