Bizim futbol

“Qarabağ” - “Roma” matçına 58 min bilet satılıb

Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ilk ev oyununda qarşılaşacağı “Roma”yla matça bilet satışı davam edir. 

Dsport.az xəbər verir ki, bu günə olan məlumata görə, artıq bu qarşılaşmaya satılan biletlərin sayı 58 000-ə çatıb. Satışda yalnız 2 manatlıq biletlər qalıb.

Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Azarkeşlər qeyd olunan ünvanlarda vauçerləri biletlərlə dəyişə bilər.

Şatış məntəqələri:
Asan Xidmət Mərkəzləri
Heydər Əliyev Sarayının kassası
28 Mall
Gənclik Mall
Park Bulvar (Qarabağ FK Fanshop)
M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)
Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)

Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-də Bakı Olimpiya stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.