Bizim futbol

“Qarabağ”ın oyununun vaxtı açıqlandı

Topaz Premyer Liqasının 6-cı turunda keçiriləcək bir oyunun başlanma saatı açıqlanıb. 

Dsport.az xəbər verir ki, sentyabrın 22-də baş tutacaq “Sumqayıt” – "Qarabağ" matçı saat 19:00-da start götürəcək. Bu barədə “Sumqayıt” klubunun rəsmi saytı məlumat yayıb. Qarşılaşma “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Qeyd edək ki, bu komandaların əvəzedici heyətləri arasındakı oyun isə sentyabrın 23-də eyni məkanda keçiriləcək və saat 16:30-da başlanacaq.