Bizim futbol

Ramil Şeydayev "Jilina"dan ayrılır

Milli komandamızın hücumçusu Ramil Şeydayev Slovakiyanın "Jilina" klubundan ayrılır.

Milli komandamızın hücumçusu Ramil Şeydayev Slovakiyanın "Jilina" klubundan ayrılır. 

Dsport.az xəbər verir ki, forvard daha çox oyun praktikası qazanmaq üçün özünə yeni klub axtarır. 

"Sport23" informasiyanı dəqiqləşdirmək üçün "Jilina"nın baş məşqçisi Adrian Gulaya müraciət edib. Mütəxəssis məlumatı təsdiqləyib: 

"Ramilin əvəzedici heyətdə oynaması cəza ilə əlaqədar deyil. Sadəcə, biz onunla icarə müqaviləsinə xitam vermək istəyirik. Çünki futbolçunun daha çox oynamağa ehtiyacı var. Hazırda məxsus olduğu "Trabzonspor"la danışıqlar aparır. Özünə yeni klub tapmalıdır".

Şeydayev üçün klub axtarışını "Trabzonspor" rəhbərliyi də davam etdirir. Yaxın günlərdə futbolçunun gələcək taleyi bəlli olacaq. O, karyerasını Azərbaycanda da davam etdirə bilər.