Bizim futbol

Emin Nuri: "Yenidən Azərbaycan millisində yer almaq əla olardı"

İsveçin "Kalmar" klubunun müdafiəçisi Emin Nuri Dsport.az saytına açıqlama verib

İsveçin "Kalmar" klubunun müdafiəçisi Emin Nuri Dsport.az saytına açıqlama verib. 

Azərbaycan yığmasının sabiq üzvü yenidən millidə oynamaq istədiyini bildirib: "Azərbaycan millisini hələ də unutmamışam. Təbii ki, dəvət olsa, yenidən Azərbaycan yığması üçün oynamağa hazıram. Bu milli mənim üçün doğma gəlir. Ancaq təəssüflər olsun ki, o vaxt bəxtsiz şəkildə zədələndim və özümü göstər bilmədim. Yenidən özümü göstərməyə tam hazıram. Azərbaycan millisi indi xeyli güclənib. Bu komandada yer almaq əla olardı".