Bizim futbol

Qurban Qurbanovla 70-ci sınaq

“Qarabağ” baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında yubiley matçına çıxacaq.

“Qarabağ” baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında yubiley matçına çıxacaq. 

Dsport.az "Apasport"a istinadla xəbər verir ki, Çempionlar Liqasının pley-off mərhələsinin “Kopenhagen”lə Danimarkadakı səfər oyunu 45 yaşlı mütəxəssisin Ağdam təmsilçisi ilə 70-ci avrokubok sınağı olacaq.
 
Bunadək Qurbanov “Qarabağ”ı 69 avrokubok görüşünə çıxarıb. Ağdamlılar bu oyunlarda 31 dəfə qələbə qazanıb.
 
Mütəxəssis 20 dəfə yetirmələrinin heç-heçəsinə şahid olubsa, 18 dəfə məğlubiyyət acısı yaşayıb.
 
Qurbanovun yetirmələri 80 qol vurub, öz qapısından 61 top buraxıb.
 
Qeyd edək ki, sabah keçiriləcək “Kopenhagen” – “Qarabağ” matçı saat 22:45-də başlayacaq.