Bizim futbol

“Kəpəz” tarixi derbinin hazırlığına başladı

Topaz Premyer Liqasının 3-cü turunda səfərdə “Neftçi” ilə görüşəcək “Kəpəz” bu gündən qarşıdakı oyunun hazırlığına başlayıb

Topaz Premyer Liqasının 3-cü turunda səfərdə “Neftçi” ilə görüşəcək “Kəpəz” bu gündən qarşıdakı oyunun hazırlığına başlayıb. 

Dsport.az xəbər verir ki, “sarı-göylər” tarixi derbiyə Bakıda hazırlaşacaq. Komanda məşqlərini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydanında keçir. 

“Kəpəz”in oyundan öncəki son məşqi matçın keçiriləcəyi arenada olacaq.