Bizim futbol

Kapitan hələ də fərdi məşq edir

Premyer Liqanın 2-ci turu çərçivəsində “Qəbələ” ilə qarşılaşan “Sumqayıt” bir günlük istirahətin ardından məşq prosesini bərpa edərək “Zirə” ilə oyunun hazırlığına start verib

Premyer Liqanın 2-ci turu çərçivəsində “Qəbələ” ilə qarşılaşan “Sumqayıt” bir günlük istirahətin ardından məşq prosesini bərpa edərək “Zirə” ilə oyunun hazırlığına start verib. 

Dsport.az xəbər verir ki, bu gün saat 11:00-da “Kapital Bank Arena”da məşqə çıxan Samir Abasovun yetirmələri əsasən toplu çalışmalara üstünlük verib. Zədə səbəbindən “Kəpəz” və “Qəbələ” ilə oyunlarda iştirak etməyən kapitan Vurğun Hüseynov isə fərdi məşqlərlə kifayətlənib.

Qeyd edək ki, 3-cü turda “Zirə” ilə oyun 26 avqust tarixində Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.