Bizim futbol

Lagerbek: "Azərbaycan millisi son 2 ildə 60 pillə irəliləyib"

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan və Almaniya yığmaları ilə oyunlara hazırlaşan Norveç milli komandasının baş məşqçisi Lars Laqerbak bu gün qarşıdakı matçlarda xidmətindən istifadə etmək istədiyi futbolçuların siyahısını açıqladı

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan və Almaniya yığmaları ilə oyunlara hazırlaşan Norveç milli komandasının baş məşqçisi Lars Laqerbak bu gün qarşıdakı matçlarda xidmətindən istifadə etmək istədiyi futbolçuların siyahısını açıqladı.

Dsport.az xəbər verir ki, 69 yaşlı isveçli mütəxəssis bununla əlaqədar jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bəzi maraqlı açıqlamalar da verib. O, Azərbaycan yığmasının heyətində yer alan "Qarabağ”ın futbolçularına diqqət çəkib:

"Azərbaycan millisini qiymətləndirməməyimiz doğru olmaz. Bu, son iki ildə FİFA reytinqində 60 pillə yüksələn komandadı. Rəqibin yaxşı heyəti var. Bir sıra oyunçuları UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək imkanına malik "Qarabağ” klubundandı. Asan olmayacaq. Ona görə də qalib gəlmək üçün yaxşı çalışmalıyıq". 

İsveçli baş məşqçi Norveç millisinin gənc komanda olduğunu da vurğulayıb: "Hazırda bizim kifayət qədər oyunçumuz var. Fikrimcə, bu, çox vacibdi. Hələlik, bəzi futbolçular arasında fərq hiss olunmur. Bəziləri oyun praktikalarının azlığına baxmayaraq, yaxşı vəziyyətdədilər. Norveç millisi gənc komandadı və yaxşı gələcyi var”.
 
Qeyd edək ki, sentyabrın 1-də Oslodakı "Ullevaal" stadionunda keçiriləcək Norveç - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.