Bizim futbol

UEFA: “Qarabağ” ÇL-in qrup mərhələsinin bir addımlığındadı”

UEFA-nın rəsmi saytı Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçları öncəsi maraqlı material hazırlayıb

UEFA-nın rəsmi saytı Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçları öncəsi maraqlı material hazırlayıb.

Dsport.az xəbər verir ki, yazıda Danimarka çempionu “Kopenhagen”lə Azərbaycanın “Qarabağ” klubu arasındakı cavab matçı barədə də qeydlər yer alıb. UEFA-nın saytında Bakıdakı ilk qarşılaşmada 1:0 hesablı qələbə qazanan “Qarabağ”ın qrup mərhələsinə vəsiqə qazanmağa daha çox şansının olduğu qeyd edilib:

“Qarabağ” Azərbaycanın Çempionlar Liqasının qrup mərhələsində oynayacaq ilk klubu olmağın bir addımlığındadı. Bu vaxta kimi turnirin əsas mərhələsinə UEFA-nın 55 üzvündən 32-nin təmsilçisi qatılıb”.