Bizim futbol

Norveç yığması Bakıya bu heyətlə gələcək

Futbol üzrə Norveç yığmasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan və Almaniya millilərinə qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Futbol üzrə Norveç yığmasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan və Almaniya millilərinə qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Dsport.az xəbər verir ki, baş məşqçi Lars Laqerbek qarşıdakı oyunlara 24 futbolçu dəvət edib. Onlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 9-u yarımmüdafiəçi, 4-ü hücumçudu.
 
Heyətə cəlb olunan futbolçular bunlardı:

Qapıçılar: Sten Qritebust ("Odense", Danimarka), Andre Hansen ("Rusenborq”), Rune Yarsteyn ("Herta”, Almaniya);

Müdafiəçilər: Haytam Aleesami ("Palermo”, İtaliya), Omar Elabdellaui ("Hall Siti", İngiltərə), Birger Melinq ("Rusenborq"), Hovard Nordtveyt ("Hoffenhaym", Almaniya), Tore Reginiussen ("Rusenborq"), Yonas Svensson ("Alkmaar”, Hollandiya), Yorgen Şelvik ("Rusenborq"), Qustav Valsvik ("Ayntraxt", Braunşveyq, Almaniya);

Yarımmüdafiəçilər: Sander Berge ("Genk", Belçika), Jo İnge Berget ("Malmö", İsveç), Mats Deli ("Sankt-Pauli", Almaniya), Mohamed Elyunussi ("Bazel", İsveçrə), Stefan Yohansen ("Fulhem", İngiltərə), Anders Konradsen ("Rusenborq"), Martin Linnes ("Qalatasaray", Türkiyə), Ole Kristian Selnes ("Sent-Etyen", Fransa), Anders Trondsen ("Rusenborq")

Hücumçular: Tarik Elyunussi ("Olimpiakos", Yunanıstan), Byörn Maars Yonsen ("Den Haaq", Hollandiya), Coşua Kinq ("Bornmut", İngiltərə), Aleksandr Sörlot ("Midtyulland", Danimarka).

Qeyd edək ki, Norveç millisi Azərbaycanla sentyabrın 1-də evdə, Almaniya ilə isə sentyabrın 4-də səfərdə qarşılaşacaq.