Bizim futbol

"Elxan Abdullayev "Neftçi"də ən azı 6 ay qalıb işləməli idi"

"Neftçi"nin və milli komandamızın sabiq yarımmüdafiəçisi Ramazan Abbasov Elxan Abdullayevin paytaxt klubunun baş məşqçisi postundan uzaqlaşdırılmasına münasibət bildirib.

"Neftçi"nin və milli komandamızın sabiq yarımmüdafiəçisi Ramazan Abbasov Elxan Abdullayevin paytaxt klubunun baş məşqçisi postundan uzaqlaşdırılmasına münasibət bildirib. 

Dsport.az saytına açıqlama verən Abbasovun fikrincə, tez-tez məşqçi dəyişikliyi heç də yaxşı hal deyil: "Abdullayevin istefa verdiyini eşitdim. Amma məncə, baş məşqçini tez-tez dəyişmək heç də yaxşı hal deyil. Mövsümün əvvəlində bir məşqçiyə inanıb onunla başlayıblarsa, sonadək inanmaq lazımdı. Bir-iki oyunla məşqçini göndərmək nə qədər düzgündü, bilmirəm. Abdullayev ən azı altı ay qalıb işləməli idi. Başqa baş məşqçi gətirirdilərsə, bunu mövsümün əvvəlində etməliydilər".

"Öz yerli məşqçilərimizə inanmaq lazımdı. Sadəcə onlara vaxt vermək lazımdı. Qurban Qurbanov sübut etdi ki, yerli məşqçilərə də güvənmək lazımdı. Futbolda vaxt çox önəmlidi. 3-5 aya komanda formalaşdırmaq olmur"- deyə, Abbasov fikirlərini yekunlaşdırıb.